İstanbulda su israfına diqqət çəkmək üçün maraqlı aksiyaya imza atılıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Aydın Aydın “Taksim Anıtı”nın önündə kostyumla ləyənə girərək başına su töküb və sabunlanmağa başlayıb. O, bununla su israfının qarşısını almaq üçün əhaliyə müraciət edib. O, vətəndaşlara mesaj verərək "Mən həmişə belə sakit anı gözləmişəm. İstanbuldan bütün dünyaya əhəmiyyətli bir mesajım var. Yeni bir əsər yazmışam, sözü, musiqisi mənə aiddir. 8 May 2020-ni Dünya Halallaşma Günü elan edirəm. Hamıya haqqımı halal edirəm, hamıdan halallıq istəyirəm. Su, torpaq, hava və bitkilərdən də halallıq istəməliyik. Onlarda haqqımız var Hazırda bütün dünyada koronavirusdan daha təhlükəli bir şey var – su israfı. Su tükənsə, həyat tükənəcək. Su hər şeyin dərmanıdır”, – deyə bildirib.
Həmin görüntüləri təqdim edirik: Marqarita pizza
Telegram kanalımız