Məşhur serialın 18-ci sezonu: İlk bölümdə nələr olacaq?   - Video

saytların hazırlanması

Evə çatdırılma

Məşhur serialın 18-ci sezonu: İlk bölümdə nələr olacaq? - Video

Şou

22 Avqust 2023 17:59 706


18-ci sezonu ilə yenidən ekranlara qayıdan “Arka Sokaklar” serialının ilk treyleri yayımlanıb. 

Yenisabah.az xəbər verir ki, heyətinə dörd yeni aktyor qataraq mövsümə sürətlə başlamaq istəyən serialın yayım tarixi dəqiqləşməyib.

İllərdir olduğu kimi cümə axşamları yayımlanacaq serialın yeni sezon treylerində Rza Baba üçün dəfn mərasimi keçirilir. Hüsnünün göz yaşlarına boğulduğu “Arka Sokaklar”ın yeni bölümündə nələr olacağı artıq maraq doğurmağa başlayıb. Marqarita pizza

Həmçinin "Arka Sokaklar"ın yeni mövsüm üçün yaradılan heyətinə Həsən Denizyaran, Ali Haydar Çataltepe, Gizem Terzi və Mustafa Üstündağ qatılıb.

Qeyd edək ki, "Arka sokaklar" 2006-cı ildən bəri yayımlanır və Türkiyənin ən uzunömürlü seriallarından biri sayılır.

Həmin görüntüləri təqdim edirik:

Gülxanım Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!