Baş nazir Əli Əsədov ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bir ay müddətinə kütləvi tədbirlərin keçirilməsini qadağan edib.
Əli Əsədovun imzaladığı sənədin bir bəndində göstərilir ki, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur. pizza sifarişi
“Yenisabah”ın məlumatına görə, ötən gün verilmiş qərarla bağlı tanınmış vəkil Tahir Əlirzayevin ailəsində olan yas mərasimi də təxirə salınıb.
Tahir Əlirzayev “Yenisabah”a deyib ki, bacısının dünyasının dəyişməsi ilə əlaqədar sabah 40 mərasimi keçirilməli idi: “Məlum qərara görə, mərasimi təxirə saldıq”.
Azər İsrafilov
Telegram kanalımız