Məşhurlar Avropaya gedən hansı klubumuzu dəstəkləyir? - Sorğu

saytların hazırlanması

Evə çatdırılma

Məşhurlar Avropaya gedən hansı klubumuzu dəstəkləyir? - Sorğu

Şou

10 İyul 2019 15:27 1246


Xəbər verdiyimiz kimi, “Qarabağ”, “Səbail”, “Neftçi”, “Qəbələ” klubları Azərbaycanı Avropada təmsil  edəcəklər.

Bəs görək azərbaycanlı məşhurlar hansı komandanın uğurlu çıxış edəcəyini düşünürlər?

Vasif Məhərrəmli: “Mən “Qarabağ”a azarkeşlik edirəm, Avropada bizi təmsil edəcək komandalar arasında 10% “Qarabağ”a inamım var, 90% isə yox”.

Baloğlan Əşrəfov: “Çempionatlar olanda, “Qarabağ” və “Neftçi”yə baxıram. Amma heç bir şey dəyişmir, futbolun inkişafına doğru bir şey yoxdur. Biz azdan-çoxdan “Qarabağ”ın potensial imkanına bələdik. Onun oyunçularını tanıyırıq. Həm də məşqçidən çox şey asılıdır. Qurban Qurbanov dünya məşqçilərinin arasında özünəməxsus yer tutub. Mən ona gözəl məşqçi kimi yanaşıram, inanıram ki, “Qarabağ” nəsə edəcək. Bu axşam oyun olacaq, elə mən də izləyəcəyəm”.

Mübariz Tağıyev: “Mən indi Azərbaycanın futbol klublarından heç birinə azarkeşlik etmirəm, vaxtilə etmişəm. Avropada bizi təmsil edəcək klublar haqqında nə isə yanlış proqnoz vermək istəmərəm”.

Əlikram Bayramov: “Futbol klublarımızdan “Qarabağa” azarkeşlik edirəm, ən sevdiyim komandadır. Oyunlarına da getmişəm. Mən illərdir, futbol azarkeşiyəm. Azərbaycan UEFA-da, Çempionlar Liqasında da oynayıb. Azərbaycanı təmsil edən neçə komanda gedib, ancaq təkcə “Qarabağ” qalıb. 4 komanda içində güvənim təkcə “Qarabağ”adır, perspektivi böyükdür, Avropa meydanlarında oynamağa alışıb. Avropa meydançaları başqa cürdür, ora gedib oynamaq var, öyrəşmək var. Bunlara görə “Qarabağ”a güvənim 1000 faizdir. Deyə bilmərəm ki, gedib final oynaya bilər. Çünki Avropa komandaları çox güclüdür. Bilirsiz ki, orada bir oyunçunun qiyməti nə qədərdir. İnşallah gələcəkdə bizim də elə transferlərimiz olacaq”.

Elza Seyidcahan: "Əvvəllər “Neftçi”yə azarkeşlik edirdim, indi isə əlbəttə ki, “Qarabağ”a azarkeşlik edirəm. Adı “Qarabağ”, özü Qarabağ. Arzu edirəm ki, hamısı uğur qazansın. Hər halda onlar arasında “Qarabağ” və “Neftçi” adı var. Qazanmasalar da, heç nə olmaz".

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!