Məşhurlarımız yay istirahətini harada və nə qədər büdcə ilə keçirir?   - Sorğu

saytların hazırlanması

Evə çatdırılma

Məşhurlarımız yay istirahətini harada və nə qədər büdcə ilə keçirir? - Sorğu

Şou

03 İyul 2019 15:40 1226


Sənət aləminin bir çox tanınmış siması isti yay günlərini istirahətdə keçirir. Bəs onlar istirahət üçün haralara üz tutur və nə qədər büdcə ayırırlar?

“Yeni Sabah” tanınmış sənət adamları arasında sorğu keçirərək bu suala cavab tapmağa çalışıb.

Ədalət Şükürov dincəlmək üçün yayı gözləmədiyini deyib: “Yaya qədər mən artıq 4 dəfə dincəlmişəm. Türkiyə və Gürcüstanda olmuşam. Hazırda isə bağdayam. Bu yay istirahətimi bağda keçirəcəyəm. İstirahətə ayırdığım büdcə isə getdiyim ölkənin standartlarına görə dəyişir”.

Xuraman Şuşalı istirahətini ölkədaxilində keçirdiyini bildirib: “Mən istirahətimi elə Azərbaycanımızda keçirirəm. Düşünürəm ki, özümüzün hələ o qədər gəzməli-görməli yerlərimiz var ki, buraları gəzib sonra xaricə getmək lazımdır. Hazırda ailəmlə Nabrandayam. 20 gündür ki, burdayam, hələ 14 gün də burada dincələcəyəm. Sonra isə Qusara üz tutacam. Düzü, yay istirahətimə nə qədər pul xərclədiyimi hesablamıram amma yayda nə qazanıramsa, elə hamısını da istirahətə xərcləyirəm”.

"Pişik" Günel isə işlərin çoxluğu ilə əlaqədar hələ istirahətə fürsət tapmayıb: “Sezon çıxandan sonra istirahətimi harda və necə keçirəcəyim barədə düşünəcəyəm”.

Sevinc və Sevil bacılarının prodüsseri Aysel xanım müğənnilərin bu yay işlərin çoxluğu səbəbilə heç bir yerə getməyəcəklərini deyib: “Onlar bir neçə ay bundan  əvvəl  Bodrumda istirahət ediblər. Ümumiyyətlə, yayda istirahətə elə də çox vaxt ayıra bilmirlər”.

Nadir Qafarzadənin prodüsseri Musa bəy isə deyib ki, sənətçi hazırda ölkəxaricindədir: “Özü hazırda Bakıda deyil, 10 günə qayıdacaq”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!