Məşhurların bahalı maşınları - Kim nə sürür?

saytların hazırlanması

Evə çatdırılma

Məşhurların bahalı maşınları - Kim nə sürür?

Şou

19 Oktyabr 2021 10:18 2322


Tez-tez dəbdəbəli həyat tərzləri ilə gündəmə gələnşou-biznes nümayəndələri bu dəfə avtomobilləri barədə danışıblar.

Yenisabah.az xəbər verir ki, onlar MTV Azərbaycana  avtomobillərinin qiymətlərini açıqlayıblar.

Xalq artisti Röya Ayxan -  “BMW” markalı avtomobili idarə edir. Sənətçinin lüks maşının qiyməti  103 min dollardır (təxminən 221 min manat). Dördpendirli pizza

Müğənni Orxan Babazadə - qiyməti 150-200 min manat aralığında olan ”Bentley” markalı avtomobil idarə edir.

Xatirə İslam -  İki bahalı avtomobili var. O, 110 min manat olan “Porsche” və “Lexus” markalı maşın sürsə də, sonuncu dəfə “Geländewagen”də görüntülənib.

Şəbnəm Tovuzlu - Əvvəl “Bentley Continental GT” adlı lüks maşının sahibi olub. Sonra onu 130 min manata sataraq “Geländewagen” alıb.

Afət Fərmanqızı - da lüks nəqliyyat vasitəsi olan ulduzlardandır. O, 240 min manatlıq “Geländewagen” sürür.

Sevda Yahyayeva - “Mercedes-Benz Viano” avtomobilinin sahibidir. Onun maşının qiyməti ucuz olsa da, xüsusi hazırlatdırdığına görə bu avtomobil ona 200 min dollara (təxminən 340 min manat) başa gəlib. Onun maşınından Azərbaycanda sadəcə bir ədədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!