Məşhurların sosial şəbəkədə reklam qiymətləri   - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Məşhurların sosial şəbəkədə reklam qiymətləri - Siyahı

Şou

23 İyun 2021 10:26 1309


Məşhurlar öz sənətlərindən əlavə, sosial şəbəkə reklamlarından da gəlir əldə edirlər.

Yenisabah.az xəbər verir ki, shownews “İnstagram” səhifəsi məşhurların reklam qiymətləri ilə bağlı araşdırma aparıb.

Aparıcı Çinarə Əliyeva "hekayə" bölümündə bir paylaşımı 300 manata etdiyini deyib. Əsas səhifədə bir reklam min manatdır. Dominos pizza

Aktrisa Pərvin Abıyeva əsas səhifədə qiyməti gizli saxlayıb. O bildirib ki, "hekayə" bölümündə bir post 500 manatdır. Əgər aktrisa özü də reklamda yer alacaqsa, qiymət iki qat bahadır.

Müğənni Xatun Əliyeva isə "hekayə" bölümündə 500-1000 manata paylaşım edir. Əsas səhifədə isə özü olmasa 1500, özü də yer alarsa 2 min manatdır.

Müğənni Nazənin isə "hekayə" bölümündə bir paylaşıma 3 min manat qiymət qoyub. O bildirib ki, ya yüksək məbləğə razılaşır, ya da pulsuz paylaşım edir.

Müğənni Sevda Yahyayeva bildirib ki, çox reklam təklifi alır. Amma o, hər şeyi qəbul etmədiyini söyləyib. "Gələn təkliflərdə seçiciyəm. Hər şey yayımlamıram" deyə, ifaçı deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!