“Məşhurluq məni bədbəxt elədi” – Firəngiz Mütəllimova

saytların hazırlanması

Evə çatdırılma

“Məşhurluq məni bədbəxt elədi” – Firəngiz Mütəllimova

Şou

09 Mart 2020 10:30 1604


“Çox gənc yaşlarımda şöhrətə qovuşmuşam. Gülnar obrazı məni tanıtdı və sevdirdi. Amma məşhurluq məni xoşbəxt eləmədi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xəzər TV-də “Kino mən” verilişinin qonağı olan Xalq artisti Firəngiz Mütəllimova deyib. Aktrisa bildirib ki, çox gənc yaşlarında əldə etdiyi şöhrət ona xoşbəxtlik deyil, bədbəxtlik gətirib: “Tanınandan sonra mənə elçi düşənlərin sayı-hesabı yox idi. Çaşıb qalmışdım. Bilmirdim onlar məni sevir, yoxsa Gülnarı. Şöhrət başımı qatdığı üçün vaxtında şəxsi həyatımı qaydaya sala bilmədim”.

Keçmiş həyat yoldaşını hörmətlə xatırlayan Xalq artisti daha sonra bunları deyib: “Hazırda həyatımda heç kim yoxdur. Məni ancaq sənətim düşündürür”. pizza mizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!