Messi onu Mayamidə görmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Messi onu Mayamidə görmək istəyir

İdman

01 Oktyabr 2023 13:13 461


Lionel Messi İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriçin şərəfini qoruduğu ABŞ təmsilçisi “İnter Mayami”yə keçməsini istəyir.

Yenisabah.az xəbər verir ki, bu barədə “kral klubu”nun keçmiş hücumçusu Predraq Miyatoviç sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Xorvatiya millisinin kapitanı ilə artıq ilkin danışıq da aparılıb: “Modriç MLS komandalarından təkliflər alıb. Xüsusən də, Messi onunla şəxsən maraqlanır. Luka hətta Devid Bekhemlə də görüşüb və birlikdə nahar ediblər. Onun Səudiyyə Ərəbistanından təklifi var idi, lakin hələlik Madriddə qalmaq istəyir. pizza

Luka Modriç bu mövsüm İspaniya La Liqasında 6 oyun keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!