“Səssiz gedən qadın bilin ki, çox susub. Bilir ki, danışsa, heç nə dəyişməyəcək və gedir".
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva Xəzər telekanalında yayımlanan “Səhər Mərkəzi” proqramında qonaq olarkən deyib.
Müğənni şəxsi həyatından danışıb: pizza hut
"Ümidlərin bitdiyi yerdə hər zaman möcüzələr başlayır. Önəmli olan kitabda yazılan yox, sənin qəlbindən qayıdanlardı. Səssiz gedən qadın bilin ki, çox susub. Bilir ki, danışsa, heç nə dəyişməyəcək və gedir. İnsan həyatda özünün psixoloqu, həkimi olmalıdır. Qarşısında dəyər verdiklərinə bir yerə qədər icazə verər ki, onun həyatında nəyəsə zərər vursun. Bunu da psixologiyası zəif insanlar edir. Bir yerə qədər sərhəd qoyursan. Düşünürsən ki, həddini aşır, çıxar həyatından. İnsan həyatda ancaq öz qərarları ilə hərəkət etməlidir. Fərqli insanların təsiri altında yaşamayın. Mənə məsləhət verən çoxdur, amma öz bildiyimi edirəm".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız