Məşqçi Mbappeni təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Məşqçi Mbappeni təriflədi

İdman

25 Avqust 2025 16:02 302


"Real"ın baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Kilian Mbappenin oyunu barədə danışıb.

Yenisabah.az xəbər verir ki, 26 yaşlı fransalı futbolçu yeni mövsümün ilk iki turunda üç qol vurub.

Xabi Alonso mətbuat konfransında bildirib:  Pepperoni pizza

"O, klublararası dünya çempionatında itirdiyi 4 kiloqramı geri qaytarıb. Keçən mövsüm barədə çox danışa bilmərəm. Çünki o vaxt burada deyildim. Düşünürəm ki, onunla bağlı hər şey yolundadır, motivasiyalıdır və bu, komandaya da keçir.

Mbappenin geridönüşlərini görmək mənə xoş gəlir. Bilirik ki, o, qollar vuracaq. Bu gün əla oynadı. Oyundan oyuna inkişaf edirik və nələri düzəltməli olduğumuzu görürük. Hələ çox az vaxt keçib. Amma komandada pozitiv əhval-ruhiyyə var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!