Məşqçi: Mənim gecə klublarında adamım yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Məşqçi: Mənim gecə klublarında adamım yoxdur

İdman

23 Oktyabr 2024 14:35 666


Mənim gecə klublarında adamım yoxdur. Ətrafım oraya getmir .

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin sabiq futbolçusu Raydel Puponun açıqlamasına münasibət bildirərkən deyib.

"Klubda ən məsuliyyətli şəxs mənəm. Futbolçuların daim formada olmasını istəyirəm. Tələbkar olmalıyıq. Elə etməliyik ki, oyunçu da inciməsin. Mənim gecə klublarında adamım yoxdur. Ətrafım oraya getmir (gülür). Pupon maraqlı insan idi. Bəzən çəkisi yuxarı olurdu. Hərdən futbolçuların şikayətini də eşidirik. Amma müəyyən müddət keçəndən sonra başa düşürlər ki, tələb etdiklərimiz sağlamlıqları və stabil olmaları üçün faydalıdır. İstənilən futbolçunu yoldan çıxarmaq asandır. Tələblər olmasa, uğurlu nəticə də olmayacaq". Pepperoni pizza

Xatırladaq ki, Pupon Qurban Qurbanovun hər şeyə əhəmiyyət verdiyini deyib: "Polis kimi məni nəzarətdə saxlayırdı. Deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi, 9 il sonra bir az dəyişib. İnsanlar dəyişə də bilər. Amma mən ona uyğun gəlmirdim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!