Məşqçi: “Qarabağ“ın necə keyfiyyətli komanda olduğunu gördük“

saytların hazırlanması

Evə çatdırılma

Məşqçi: “Qarabağ“ın necə keyfiyyətli komanda olduğunu gördük“

İdman

01 Oktyabr 2021 10:43 866


“Oyuna istədiyimiz kimi başladıq. Həm hücumda, həm müdafiədə yaxşı idik. İlk hissədəki mübarizədən razıyam. İkinci hissədə 2 şanssız qol buraxdıq. Bundan sonra hesab daha da böyüdü. Bəxtimiz gətirmədi". 

Yenisabah.az xəbər verir ki, bu sözləri "Omoniya"nın baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

"Rəqibin səviyyəsini, necə keyfiyyətli komanda olduğunu gördük. Hazırda qrupun dördüncü komandasıyıq, vəziyyət daha çətindir. Komandanın inkişafı üçün çalışırıq. “Qarabağ” və “Bazel” uzun illərdir ki, avrokuboklarda çıxış edir. Biz də yaxşı işlər görmüşük, amma yetərli deyil", - deyə o bildirib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!