Fransanın buz üstə konkisürmə üzrə çempionu Sarah Abitbol qalmaqallı açıqlama verib.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, qadın idmançı özündən bəhs etdiyi kitabında keçmiş məşqçisi Giller Beyer tərəfindən təcavüzə məruz qaldığını bildirib. Keçmiş idmançı hadisənin 1990-1992-ci illərdə - onun 15-17 yaşlarında olduğu zaman baş verdiyini yazıb.
“15-17 yaşlarında olduğumda təcavüzə uğramışam. Məşqçim Giller Beyer mənə təcavüz edib”. Toyuqlu pizza
2003-cü ildə karyerasını bitirən S. Abitbol həmin dövrdə ona bu barədə danışmamasının vacib olduğunu dedikləri üçün susub.
Fransanın İdman Nazirliyi məsələni araşdıraraq fevralın 20-də mətbuat konfransı keçirəcəyini bildirib.
Qeyd edək ki, 1978-ci ildə çempion olan Helene Godard da G.Beyerin ona təcavüz etdiyini söyləmişdi.


Telegram kanalımız