Mərci uduzan məşqçi mətbuat konfransına çılpaq qatıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Mərci uduzan məşqçi mətbuat konfransına çılpaq qatıldı - Fotolar

İdman

27 Avqust 2021 13:23 1264


Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brian Priske maraqlı addımı ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, ötən gün Avropa Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) ilə cavab oyunundan sonra mətbuat konfransına yarımçılpaq vəziyyətdə çıxıb.

Sən demə, Priske oyundan əvvəl futbolçuları ilə mərcə girib. Deyib ki, onlar "Omoniya"nı keçib Avropa Liqasının qrupuna yüksələ bilməzlər. İlk oyunda Kipr klubu 4:2 hesabı ilə qalib gəlib. Ötən gecə isə görüşün əsas və əlavə vaxtı "Antverpen"in 2:0 hesablı üstünlüyü ilə bitib. Penaltilərdə rəqibini üstələyən (3:2) Belçika təmsilçisi Avropa Liqasının qrupuna yüksəlib. Sezar pizza

Beləliklə baş məşqçi Brian Priske mərci uduzub və cəza olaraq mətbuat konfransına hamam dəsmalına bürünərək gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!