“Məşqlər dayandırılıb, hərə bir tərəfdədir”   - Kapitan

saytların hazırlanması

Evə çatdırılma

“Məşqlər dayandırılıb, hərə bir tərəfdədir” - Kapitan

İdman

16 Mart 2020 12:00 684


“Koronavirusa görə demək olar ki, bütün dünyada çempionatlar dayandırılıb. Məncə, bu düzgün addımdır. Çünki önəmli olan məsələ insanların sağlamlığıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Səbail”in kapitanı Rahid Əmirquliyev koronavirusla əlaqədar olaraq, ölkə çempionatının dayandırılmasına münasibət bildirərkən deyib. Yarımmüdafiəçi yaranamış vəziyyətlə bağlı klubda iclas keçirildiyini və müvafiq tapşırıqların verildiyini söyləyib:

“Çempionatla yanaşı, məşqlərə də ara verilib. İndi ola bilər ki, kimsə fərdi məşq edir, kimsə dincəlir. Hələ heç məlum deyil ki, məşqlər nə zaman bərpa olunacaq. Bizə məlumat verilənə qədər belə də davam edəcək. Gözləyirik, görək, nə qərar veriləcək. Klub tərəfindən yoxlanışa göndərilməmişik, amma iclas keçirildi, tapşırıqlar verildi. Özümüzü qorumağı tövsiyə etdilər. Nəsə problem olsa, həkimimizə müraciət edəcəyik. Lakin heç kim yoxlanışdan keçməyib. Çünki başqa ölkələrlə müqayisədə virus bizdə geniş yayılmayıb. Düzdür, Azərbaycanda da yoluxanlar var. Bununla bağlı məlumatlıyam. Dövlət tərəfindən müəyyən tədbirlər görülüb. Çox insan olan yerlərə çıxmaq olmaz. Bu barədə klubdan da tapşırıq verilib. Necə bacarırıqsa, özümüzü qorumalıyıq. Mən də çalışıram ki, bu tapşırıqlara əməl edim. Ümid edirəm, ölkəmiz bu sınaqdan da çıxacaq”. Toyuqlu pizza

30 yaşlı futbolçu Bakı təmsilçisinin qış fasiləsindən sonrakı çıxışından da bəhs edib: “Komanda qış fasiləsindən sonra pis təsir bağışlamır. 2 qalibiyyət, 2 heç-heçə və 2 məğlubiyyətimiz var. Düzdür, autsayder “Qəbələ”dən cəmi 1 xalla geridəyik, 7-ci sıradayıq. Ancaq 4-cü sırada olan komandadan da cəmi 3 xal geridəyik. Düşünürəm ki, bu pis göstərici deyil. Əgər çempionat davam etsə, qalan turlarda lazımi nəticələr əldə edib, yuxarı pillələrə qalxa bilərik”.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!