Messi 41-ci kubokunu qazandı

saytların hazırlanması

Evə çatdırılma

Messi 41-ci kubokunu qazandı

İdman

01 Avqust 2022 13:11 1056


PSJ-nin futbolçusu Lionel Messi karyerasında 41-ci kubokunu qazanıb.

Yenisabah.az xəbər verir ki, argentinalı hücumçu ötən gecə Paris təmsilçisinin heyətində Fransa Superkubunun qalibi olub.

Messi bundan əvvəl “Barselona”da 10 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə ölkə kubokunun qalibi olub. Həmçinin Messi 3 dəfə Klublararası Dünya çempionatının, eyni sayda UEFA Superkubokunun qalibi, PSJ ilə Fransa çempionu olub. pizza hut

Messi Argentina milli komandası ilə Amerika Kubokunu qazanıb, Milli ilə Olimpiadanın da qalibi olan futbolçu Gənclər arasında Dünya Çempionatında, eləcə də "Finalissima"da çempion adını qazanıb..

Messidən daha çox kuboku olan yalnız “Barselona”nın futbolçusu Dani Alveşdir. Braziliyalı müdafiəçinin 46 kuboku var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!