Lionel Messi növbəti kubokunu əldə edib.
Yenisabah.az xəbər verir ki, 37 yaşlı superstar MLS liqasında “Inter Miami” ilə "Supporters' Shield" kubokunu qazanıb.
ABŞ liqasının lideri “Inter Miami” “Columbus Crew” klubunu səfərdə 3-2 məğlub edərək, çempionluğu öncədən təmin edib. “İnter Miami”nin qollarını Lionel Messi (2) və Luis Suares vurub. Dominos pizza
Bu qələbə ilə komanda ən yaxın izləyicisi olan “Los Anceles Galaxy” ilə xal fərqini 7-yə yüksəldib. “Inter Miami” bu çempionluqla tarixindəki ilk böyük uğuru əldə edib.
Telegram kanalımız