Messi 800-cü qolunu vurdu - Video

saytların hazırlanması

Evə çatdırılma

Messi 800-cü qolunu vurdu - Video

İdman

24 Mart 2023 09:59 956


Argentina millisinin ulduz futbolçusu Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.

Yenisabah.az xəbər verir ki, 36 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununda fərqlənib.

Təcrübəli forvard 89-cu dəqiqədə komandasının sonuncu qoluna imza atıb. 78-ci dəqiqədə Tyaqo Almada hesabı açıb. pizza hut

Hazırda Fransa PSJ-sində çıxış edən hücumçu klub karyerasında 701, yığmada isə 99 dəfə rəqib qapılarına yol tapıb.

L. Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir. Komandanın bombardiri 2022-ci ildə Qətərdəki dünya çempionatında qızıl medal qazanıb və mundialın ən yaxşı oyunçusu seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!