Fransanın PSJ klubunun futbolçusu Lionel Messi ən çox kubok qazanma rekordunu təkrarlayıb.
Yenisabah.az xəbər verir ki, Fransa Liqa 1-nin çempionu olan argentinalı hücumçu karyerasındakı titul sayını 43-ə çatdırıb.
Bununla da o, 36 yaşlı forvard sabiq komanda yoldaşı Dani Alveşin rekordunu təkrarlayıb.
Messinin aktivində 2 Fransa çempionluğu və Superkuboku var. O, “Barselona”nın heyətində 10 dəfə İspaniya La Liqasının, 4 dəfə UEFA Çempionlar Liqasının, 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə İspaniya Kubokunun, 3 dəfə Klublararası Dünya Çempionatının və bir o qədər də Avropa Superkubokunun qalibi olub.
Lionel Messi Argentina millisinin heyətində isə dünya çempionluğunu, Cənubi Amerika Kubokunu, Yay Olimpiya Oyunlarını, “Finalissima”nı və gənclər arasında dünya çempionluğunu qazanıb.
Telegram kanalımız