“Inter Miami” klubunun argentinalı hücumçusu, “Qızıl top”un 7 qat sahibi Lionel Messi Şimali Amerika Liqa Kubokunun ilk mərhələsində “Cruz Azul”un qapısına qol vurub.
Yenisabah.az xəbər verir ki, matçın 94-cü dəqiqəsində əfsanəvi futbolçu cərimə zərbəsindən topu rəqib qapısına göndərib. Bununla da o, komandasını irəli keçibi - 2:1.
Bu, argentinalının yeni komandada debüt matçı olub. O, matçın 54-cü dəqiqəsində yarımmüdafiəçi Benjamin Kremaskini əvəzləyərək meydana daxil olub. Toyuqlu pizza
Xatırladaq ki, bu ilin iyulunda MLS klublarından biri olan “Inter Miami” argentinalının azad agent kimi kluba keçdiyini açıqlamışdı. Bundan öncə Messi Fransanın “Paris Saint-Germain” klubunda çıxış edib.
Matçdan görüntüləri təqdim edirik:
Telegram kanalımız