Messi azarkeşlərdən üzr istədi 

saytların hazırlanması

Evə çatdırılma

Messi azarkeşlərdən üzr istədi 

İdman

08 Fevral 2024 13:30 593


"İnter Mayami"nin hücumçusu Lionel Messi Çin sosial şəbəkəsi "Weibo"da yeni paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, forvard paylaşımında “İnter Mayami” ilə Honq-Konq millisi arasında Konq-Konqda keçirilən keçirilən yoldaşlıq matçında oynaya bilmədiyi üçün azarkeşlərdən üzr istəyib. Messi yazıb: 

“Çin və Honq-Konqdakı bütün azarkeşlərə və dostlara salam. Qasıq nahiyəsindən zədə aldığım üçün Honq-Konqda yoldaşlıq görüşündə oynaya bilmədim. Buna görə təəssüflənirəm və üzr istəyirəm. Zədə ağrılı idi. Məni tanıyan dostlar başa düşəcəklər ki, hər oyunda əlimdən gələni etmək istəyirəm.  Dördpendirli pizza

Ümid edirəm ki, hələ də Honq-Konqa səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq. Mən də tezliklə Çinə qayıtmağı və futbol sevincini sizinlə bölüşməyi səbirsizliklə gözləyirəm" deyə futbolçu yazıb. 

Qeyd edək ki, argentinalının yoxluğu azarkeşlərin, eləcə də Honq-Konq və Çinin dövlət qurumlarının nümayəndələrinin kütləvi narazılığına səbəb olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!