Messi “Barcelona”ya qayıda bilər

saytların hazırlanması

Evə çatdırılma

Messi “Barcelona”ya qayıda bilər

İdman

04 Noyabr 2024 16:39 1111


"Barselona"nın sabiq futbolçusu Lionel Messi Kataloniya klubuna qayıda bilər.

Yenisabah.az "Gol Digital"a istinadla xəbər verir ki, 37 yaşlı hücumçunun keçidi 2026-cı illin yanvarı üçün gözlənilir.

"İnter Mayami”də çıxış edən futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabrında başa çatacaq. 2026-cı ilin yayında keçiriləcək dünya çempionatnda çıxış etmək istəyən Messinin isə turnirin başlamasına qədər yaxşı formada qalmaq üçün seçimi doğma klubudur. Dördpendirli pizza

"Barselona"nın prezidenti Joan Laporta da Messinin karyerasını bu klubda bitirməsini istəyir. Klub rəhbəri 2021-ci ildə maliyyə problemləri səbəbindən komandadan ayrılan futbolçunun geri qayıtmasında maraqlıdır.

İspaniya klubunun Akademiyasında yetişən Messi 2003-2021-ci illərdə əsas komandada çıxış edib. O, Kataloniya klubunda 520 oyuna 474 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!