Messi “Barselona”dakı son mətbuat konfransında ağladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Messi “Barselona”dakı son mətbuat konfransında ağladı - Video

İdman

08 Avqust 2021 14:39 1395


“Barselona” ilə yollarını ayıran Lionel Messi doğma klubu ilə vidalaşmaq məqsədilə mətbuat konfransı keçirir.

Yenisabah.az xəbər verir ki, tribunaya çıxan argentinalı emosiyalarını cilovlamaqda çətinlik çəkib. O, nitqinə başlamazdan öncə ağlayıb.

“Bilmirəm danışa biləcəyəmmi. Son bir neçə günü burada nə deyə biləcəyimi düşünürdüm. Mən sanki keyimişəm. Bu, artıq qət etdiyim çox uzun bir yoldan sonra çox çətindir. Mən hazır deyildim. Getmək istəmirdim. Burada qalmaq istədiyimdən əmin idim. Bura mənim evimdir. Bunu  hər şeydən çox istəyirdim. Mən Barselonadakı həyatımdan zövq alırdım. Bu, möcüzəli idi”, - deyə ulduz futbolçu bildirib. Dördpendirli pizza

Qeyd edək ki, Messi 2000-ci ildən klubun uğurları üçün çalışıb. 2003-cü ildən isə əsas komandanın heyətində çıxış edib.

/Oxu.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!