"Barselona"nın prezidenti Xosep Bartomeu kapitan Lionel Messinin komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, klub rəhbəri argentinalı oyunçu ilə bnu barədə danışdığını açıqlayıb:
"Onunla söhbət etdik. Təfərrüatlara girməyəcəyəm, ancaq Lionel bir neçə dəfə karyerasını “Barselona”da bitirəcəyini söylədi. Klubun inkişafına yönəlmişik, bir çox oyunçu ilə danışıq aparırıq. Messi davam etmək istəyir və sona qədər burada qalmağı planlaşdırır. Qarşıda illər çoxdur və biz ondan çoxlarının gözlədiklərindən daha uzun müddət zövq alacağıq”. Toyuqlu pizza
Telegram kanalımız