Messi “Barselona“dan gedir, yoxsa qalır?   - Qərarını verdi 

saytların hazırlanması

Evə çatdırılma

Messi “Barselona“dan gedir, yoxsa qalır? - Qərarını verdi 

İdman

09 Mart 2021 14:14 969


"Barselona"nın futbolçusu Lionel Messi gələcəyi ilə bağlı qərar verib.

Yenisabah.az xəbər verir ki, argentinalı hücumçu Kataloniya klubunda yeni prezident Joan Laportanın seçilməsindən sonra komandada qalmaq qərarına gəlib. Onun bu qərarı verməsində baş məşqçi Ronald Kumanla münasibətlərinin yaxşı olması da rol oynayıb. Bundan başqa, komandada 18 yaşlı Pedri, Ansu Fati, İlaiks Moriba kimi gənc oyunçuların gündən-günə daha da inkişaf etməsi Messinin razı salan digər faktordur. 33 yaşlı futbolçu gənc oyunçularla növbəti illərdə uğurlar qazanacağına inanır.

Bildirilib ki, 30 iyunadək 266 milyon avro borc ödəməli olan "Barselona"nın ümumi borcu 1.2 milyard avrodur. Klubun bu şərtlər altında Messiyə necə müqavilə təklif edəcəyi maraqlıdır. Bu yay müqaviləsi başa çatacaq kapitanın 39 milyon avro bonus almaq hüququ var. Ancaq o, rəhbərliyin işini asanlaşdırmaq üçün bu məbləğdən imtina etməyə hazırdır. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!