Messi “Barselona”ya baş məşqçi seçdi 

saytların hazırlanması

Evə çatdırılma

Messi “Barselona”ya baş məşqçi seçdi 

İdman

30 Yanvar 2024 11:14 850


Argentina millisinin baş məşqçisi Lionel Skaloni "Barselona"nı çalışdıra bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Todofichajes" nəşri məlumat yayıb. Bildirilib ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi şəxsən Kataloniya klubunun rəhbərliyinə Skaloninin namizədliyinə diqqət yetirməyi tövsiyə edib. 

Xatırladaq ki, Xavi 2023/2024 mövsümünün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb.  Sezar pizza

Lionel Skaloni Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) 2023-cü ilin ən yaxşı milli komandasının baş məşqçisi olub. Mütəxəssis 2018-ci ildə Argentina millisini çalışdırır. 2021-ci ildə onun rəhbərliyi altında yığma Albiseleste Amerika Kubokunu qazanıb. 2022-ci ildə Argentina milli komandası dünya çempionu olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!