Messi “Barselona“ya qayıdır? - Direktordan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Messi “Barselona“ya qayıdır? - Direktordan açıqlama

İdman

27 Aprel 2023 13:58 780


"Barselona"nın direktoru Mateu Alemani Barselonaya son səfəri zamanı PSJ-nin hücumçusu Lionel Messi ilə əlaqə saxlayıb-saxlamadığı barədə danışıb. 

Yenisabah.az insayder Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o deyib: “Messi "Barselona"nı çox sevir və tez-tez bura gəlir. O, həmişə olduğu kimi, bir neçə gün şəhərə baş çəkdi, lakin biz onunla əlaqə saxlamadıq". 

Kataloniya təmsilçisinin futbolçunun transferi üzərində çalışdığı bildirilib. Messi yayda azad agent kimi kluba qayıda bilər.  Sezar pizza

Argentinalı hücumçu 2021-ci ilin yayında PSJ-də çıxış edir. Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 20 qol vurub və 19 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!