Messi “Barselona”ya qayıdır? - Vitse-prezident danışdı

saytların hazırlanması

Evə çatdırılma

Messi “Barselona”ya qayıdır? - Vitse-prezident danışdı

İdman

11 Oktyabr 2023 10:39 393


"Barselona"nın vitse-prezidenti Eduard Romeu argentinalı hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, o, artıq bunu mümkün olmayacağına işarə edib: "Messinin qayıdışı? Biz ona hörmət edirik. Messi, buna layiqdir. Lakin qalan hər şey sadəcə fərziyyədir, biz bu haqda danışmayacağıq”. 

Lionel Messi yay transfer pəncərəsində PSJ-dən ayrıldıqdan sonra azad agent kimi "İnter Mayami"yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 13 matçda iştirak edib, 11 qol vurub və 5 qolun ötürməsini verib.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!