Messi “Barselona“ya qayıtmaq istəyir, amma onu istəmirlər

saytların hazırlanması

Evə çatdırılma

Messi “Barselona“ya qayıtmaq istəyir, amma onu istəmirlər

İdman

10 Mart 2023 12:14 779


PSJ-nin futbolçusu Lionel Messi sabiq klubu "Barselona"ya qayıtmaq istəyir. 

Yenisabah.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, 35 yaşlı forvard "Barselona"ya keçmək istəyir, lakin kataloniyalılar keçmiş liderini geri qaytarmaq üçün heç bir addım atmayıblar. Qeyd olunur ki, vəziyyət hər an dəyişə bilər.  Toyuqlu pizza

Xatırladaq ki, Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Argentinalı hücumçu 2021-ci ildən Fransa klubunda çıxış edir. Bundan əvvəl Messi uzun müddət "Barselona"da oynayıb (2004-2021). 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!