Argentina millisinin ulduzu Lionel Messi sentyabrın 9-da, axşam Boliviyaya qarşı oyunda het-triklə 79-cu qolunu vuraraq Cənubi Amerikanın ən yaxşı bombardiri olub.
Yenisabah.az xəbər verir ki, bununla da o, Braziliya futbolunun əfsanəsi olan Peleni üstələyib.
Hazırda Messi Cənubi Amerika tarixinin ən yaxşı bombardirləri cədvəlinin başında yer alır. Marqarita pizza
Braziliya millisinin keçmiş ulduzu ilə müqayisədə o, iki qol (79) irəlidədir.
Boliviya ilə oyundan sonra Messi göz yaşlarını saxlaya bilməyib.
"Bu rekorda çatmaq üçün çox gözlədim. Uzun intizardan sonra rekorda çatmaq üçün xüsusi bir an nəhayət yetişdi. Çox xoşbəxtəm", - deyə argentinalı sevincini gizləməyib.
Telegram kanalımız