Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-da iştirak etməyəcəyi ilə bir neçə gün əvvəl səsləndirdiyi fikirləri şərh edib.
Yenisabah.az "TyC Sports"a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu bildirib: "Yaşıma və vaxta görə orada oynamaq mənim üçün çətin olacaq. Qarşıda hələ seçmə mərhələ oyunları, Amerika Kubokunun matçları var. Odur ki, Dünya Kuboku haqqında düşünmək hələ tezdir”.
Qeyd edək ki, Messi bugünlərdə verdiyi açıqlamada DÇ-2022-nin onun üçün sonuncu dünya çempionatı oldunu söyləyib. Həmin yarışda onun kapitanı olduğu Argentina dünya çempionu adını qazanıb. pizza hut
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
Telegram kanalımız