Argentinalı hücumçu Lionel Messinin ötən yay “İnter Mayami”yə transferi bütün klubun maliyyə vəziyyətinə də müsbət təsir göstərib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Sportico" məlumat yayıb.
Son bir ildə “İnter Mayami”nin təxmini dəyəri 74 faiz yüksəlib və hazırda 1,2 milyard dollar təşkil edir. ABŞ gəliri də artıb. Keçən il ərzində “İnter Mayami” 127 milyon dollar qazanıbsa, 2022-ci ildə klubun mənfəəti 55 milyon dollar olub. pizza sifarişi
MLS-də çıxış edən bütün klubların gəliri son bir ildə ortalama 27 faiz çoxalıb.
Xatırladaq ki, “İnter Mayami”nin Messi ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Telegram kanalımız