Messi “İnter Mayami“yə niyə keçib? - Səbəbi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Messi “İnter Mayami“yə niyə keçib? - Səbəbi açıqlandı

İdman

18 Avqust 2023 11:18 821


"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ABŞ klubuna transferindən danışıb. 

Yenisabah.az tennessean.com-a istinadən xəbər verir ki, 36 yaşlı forvard MLS təmsilçisinə keçidinə uşaqları və həyat yoldaşı ilə birlikdə qərar verdiyini deyib: 

“Komandaya böyük həvəslə və yaxşı nəticələr əldə etmək istəyi ilə gəlmişəm. Mən bütün karyeram boyunca bunu etmişəm. Finala çıxmaq bizim üçün sürpriz olsa da, buna hazırlaşırdıq. pizza mizza

ABŞ liqasına keçmək üçün bir neçə səbəbim var idi. Həyat yoldaşım və uşaqlarımla birlikdə qərar verdik. Mən buraya futboldan həzz almaq üçün gəlmişəm. Və qərarımdan çox məmnunam.

"Barselona"dan PSJ-yə keçid çətin oldu. “İnter Mayami”yə transfer isə tamam başqa məsələdir”./Qol.az 

Xatırladaq ki, Messi bu yay transfer pəncərəsində "İnter Mayami"yə keçmişdi. Argentinalı futbolçu bu mövsüm 6 matçda iştirak edib, 9 qol vurub və 1 qolun ötürməsini edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!