Messi karyerasını başa vurur? - Özü danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Messi karyerasını başa vurur? - Özü danışdı 

İdman

07 Noyabr 2023 11:07 924


"İnter Mayami"nin hücumçusu Lionel Messi karyerasını nə vaxt başa vuracağı haqda danışıb. 

Yenisabah.az "Marca"ya istinadən xəbər verir ki, 36 yaşlı oyunçu fiziki cəhətdən özündən razı olduğu üçün hələlik karyerasını başa vumağı düşünmədiyini bildirib: 

“Əvvəlcə də demişdim ki, gələcək haqqında düşünmürəm. Mən bu günü yaşamaq istəyirəm. Fiziki cəhətdən indi əla işləyirəm. Daha nə qədər oynayacağım barədə dəqiq cavab verə bilmərəm. Mən daha bacara bilməyəcəyimi hiss edənə qədər meydana çıxmaq niyyətindəyəm”.  Dominos pizza

Qeyd edək ki, Messinin "İnter Mayami" ilə müqaviləsi 2025-ci ilə qədərdir. Ötən mövsüm argentinalı forvard ABŞ klubunun heyətində 14 oyun keçirib, 11 qol vurub və 5 qolun ötürməsini edib. Futbolçu "İnter Mayami" ilə Liqa Kubokunu qazanıb. 

Həmçinin Messi oktyabrın 30-da "Qızıl top"a layiq görülüb. Bu, onun karyerasındakı 8-ci "Qızıl top"dur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!