Messi məşqə qatılmadı: “Benfika“ ilə oyunu buraxacaq

saytların hazırlanması

Evə çatdırılma

Messi məşqə qatılmadı: “Benfika“ ilə oyunu buraxacaq

İdman

10 Oktyabr 2022 16:57 947


PSJ-nin futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Benfika" ilə oyunu buraxacaq.

Yenisabah.az "Le Parisien"ə istinadən xəbər verir ki, zədədən əziyyət çəkən 35 yaşlı hücumçu hələ də komanda ilə məşqlərə başlamayıb. O, bugünkü məşqdə də iştirak etməyib. Ona görə də Messi "Benfika" ilə sabahkı görüşü buraxacaq.

Qeyd edək ki, Messi həftəsonu Liqa 1-də "Reyms"lə oyunda (0:0) da meydana çıxmayıb. Dominos pizza

Əlavə edək ki, sabah keçiriləcək PSJ - "Benfika" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!