Messi millidə özünü uşaq kimi hiss edir 

saytların hazırlanması

Evə çatdırılma

Messi millidə özünü uşaq kimi hiss edir 

İdman

16 Oktyabr 2024 16:37 1105


Argentina millisinin kapitanı Lionel Messi yığmadakı gələcəyindən danışıb. 

Yenisabah.az xəbər verir ki, ötən gün Boliviya ilə matçda het-trik və 2 qol ötürməsi edən 37 yaşlı hücumçu millidə özünü uşaq kimi hiss etdiyini deyib: 

"Hazırda olduğum yerdən həzz alıram. Məni hərəkətə gətirən də budur. Yaşıma baxmayaraq, millinin düşərgəsində olanda özümü uşaq kimi hiss edirəm. Çünki bu komandada çox rahatam. Nə qədər ki, yaxşıyam və istədiyim kimi oynaya bilirəm, bu fürsətdən həzz almağa davam edəcəyəm”.  pizza sifarişi

Qeyd edək ki, Messi Argentina millisində 189 oyun keçirib, 112 qol vurub və 60 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!