Messi ona heyran olduğunu AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Messi ona heyran olduğunu AÇIQLADI

İdman

10 Noyabr 2023 23:36 871


Argentinanın futbol üzrə millisinin və Amerikanın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi "Adidas"ın yutub kanalına müsahibəsində həmyerlisi, keçmiş futbolçu Pablo Aymara heyran olduğunu etiraf edib.

“O, “Valensiya”daydı, güclü komandanın olduğu “River Pleyt”də idi və bu komandada fərqlənirdi. Onun oyun tərzini həmişə bəyənmişəm. Bizim üçün hər zaman birinci olan, başqalarından üstün olan Dieqo Maradonadan başqa, heyran olduğum Pablo idi”, - Messi deyib.

Qeyd edək ki, 44 yaşlı Aymar karyerası ərzində Argentinanın “River Pleyt”, İspaniyanın “Valensiya” və “Real Saraqosa”, Portuqaliyanın “Benfika” və Malayziyanın “Cohor” klublarında çıxış edib. Yarımmüdafiəçi Argentina millisinin heyətində 52 oyun keçirib. O, bu gün Argentina milli komandalarından birinin məşqçisidir. pizza

 

Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Hücumçu iki il Fransanın PSJ komandasının heyətində oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Oktyabrın 30-da argentinalı hücumçu karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb. / Sfera.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!