Messi oynamadı, komandası uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Messi oynamadı, komandası uduzdu

İdman

04 Aprel 2024 10:02 841


Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" KONKAKAF Çempionlar Kubokunda 1/4 final mərhələsinin ilk oyununa çıxıb. 

Yenisabah.az xəbər verir ki, komanda "Monterrey"lə qarşılaşıb. Oyun Amerikanın Fort Lauderdeyl şəhərindəki "Çeyz" stadionunda  keçirilib. “İnter Mayami” öz meydanında Meksika təmsilçisinə 1:2 hesabı ilə uduzub. 

19-cu dəqiqədə "İnter Mayami"nin argentinalı müdafiəçisi Tomas Avileş hesabı açıb. 65-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi David Ruiz ikinci sarı vərəqə alaraq meydandan qovulub. Matçın 69-cu dəqiqəsində qonaqların argentinalı yarımmüdafiəçisi Maksimiliano Mesa hesabı bərabərləşdirib. 89-cu dəqiqədə Mesanın ötürməsindən qələbə qolunu digər argentinalı yarımmüdafiəçi Xorxe Rodriqes vurub.  Dominos pizza

Messi zədədən yeni qayıtdığı üçün bu oyunda iştirak etməyib. 

Bu komandalar arasında cavab matçı aprelin 11-də keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!