Messinin PSJ-yə keçidi rəsmən təsdiqlənib.
Yenisabah.az xəbər verir ki, argentinalı hücumçu klubun mətbuat xidmətinə açıqlama verib. O, PSJ-dəki ilk oyununu böyük həvəslə gözlədiyini deyib:
"PSJ-də karyeramda yeni bir səhifə açmağı səbirsizliklə gözləyirəm. Klub və onun futbola baxışı mənim ambisiyalarımla tam uyğundur. PSJ-nin nə qədər istedadlı oyunçulardan təşkil olunduğunu bilirəm. Onlarla birlikdə klub və azarkeşlər üçün gözəl bir iş görməyə qərarlıyam. "Park De Prens" stadionunda meydana çıxacağım anı gözləməyə səbrim çatmır". Marqarita pizza
Bu gün "Park De Prens" stadionunda məşhur futbolçu mətbuat konfransı keçirəcək.
Mehri QURBAN
Telegram kanalımız