Son dünya çempionu, “PSG” komandasının ulduzu Leo Messi sezon sonunda fransız təmsilçisindən ayrılmağı qərara alıb.
Yenisabah.az MARCA-ya istinadla xəbər verir ki, buna səbəb “Ligue 1” çərçivəsində keçirilən “PSG” 0:1 “Olympique Lyonnais” matçında parisli azarkeşlərin onu fitə basması olub.
Paytaxt təmsilçisinin heyətində meydanda olan argentinalı ulduzun öz performansını tam sərgiləyə bilməməsi onun komanda ilə yollarını ayırmasına gətirib çıxarıb. Dördpendirli pizza
Messinin karyerasında önəmli bir mövqedə olan “Barcelona”ya gedəcəyi bildirilir. Kataloniya təmsilçisi son DÇ sahibinin komandaya geri qayıtması üçün onunla yaxın vaxtlarda danışıqlara başlayacağını bəyan edib.
Telegram kanalımız