Messi PSJ-yə ildə 700 milyon avro qazandırıb

saytların hazırlanması

Evə çatdırılma

Messi PSJ-yə ildə 700 milyon avro qazandırıb

İdman

24 İyun 2022 15:42 1041


Argentina milli komandasının futbolçusu Lionel Messi ilə müqavilə Fransanın PSJ klubuna ildə 700 milyon avro qazanc imkanı verib. 

"Report"un "Marca"ya istinadən məlumatına görə, bura imic, marketinq və oyunların keçirilmə hüquqlarından gəlirlər daxildir.

Messinin transferi PSJ-nin 10 yeni sponsor müqaviləsi bağlamasına və klubun sosial şəbəkə hesablarında istifadəçi sayını 15 milyona çatdırmağa şərait yaradıb. Sezar pizza

Paris təmsilçisi ilk dəfə bir futbolçunun geyiminin 10 milyondan çox surətini satıb.

Qeyd edək ki, bu gün Lionel Messinin 35 illik yubileyidir. O, PSJ-yə 2021-ci ildə azad agent kimi keçib və 34 oyunda 11 qol, 25 məhsuldar ötürmə ilə yadda qalıb. Tərəflər arasında müqavilə daha bir il qüvvədədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!