Messi “Qızıl top”u azarkeşlərə təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Messi “Qızıl top”u azarkeşlərə təqdim etdi

İdman

11 Noyabr 2023 19:18 981


“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Nyu-York Siti” ilə yoldaşlıq oyununun başlanğıcında meydana “Qızıl top”la daxil olub.

Yenisabah.az xəbər verir ki, 36 yaşlı argentinalı karyerasında səkkizinci dəfə qazandığı “Qızıl top”u yerli publikaya nümayiş etdirib.

“Bu sevinci hamınızla bölüşmək çox xoşdur. Mən burada yeniyəm, amma elə gəlir ki, uzun müddət keçib. Mən təkcə burada olanlara deyil, Mayamidəki hər kəsə təşəkkür etmək istərdim. Gələn il daha yaxşı olacağına şübhəm yoxdur. Biz bu uğurdan həzz almağa, daha çox titul qazanmağa çalışacağıq və ümid edirəm ki, siz bizimlə olacaqsınız”, -  deyə Lionel Messi vurğulayıb./Oxu.az pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!