Messi Ronaldonu geridə qoydu

saytların hazırlanması

Evə çatdırılma

Messi Ronaldonu geridə qoydu

İdman

04 İyul 2021 13:47 964


Argentina millisinin və "Barselona"nın oyunçusu Lionel Messi növbəti uğura imza atıb.

Yennisabah.az xəbər verir ki, 34 yaşlı hücumçu buna yığmanın heyətində Amerika kubokunun 1/4 final mərhələsində Ekvadora qalib gəldikləri matçda (3:0) nail olub. O, cərimə zərbəsindən fərqlənib. Bununla da Messi milli komanda və klub səviyyəsində cərimə zərbəsindən vurduğu qolların sayını 58-ə çatdırıb. Beləliklə, oyunçu Portuqaliya yığmasının və "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu geridə qoyub (57 qol).

Qeyd edək ki, Argentina millisi yarımfinalda Kolumbiya ilə qarşılaşacaq. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!