"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyro "İnstaqram" səhifəsində etdiyi paylaşımla diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, o, Turin təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Barselona"ya 3:0 hesabı ilə qalib gəldiyi səfər matçından sonra bu addımı atıb.
E.Aveyro "Barselona" nın kapitanı Lionel Messinin portuqaliyalı hücumçunun qarşısında diz çökdüyü şəkil yayımlayıb. O, şəkillə birgə qardaşı ilə bağlı bu sözləri yazıb: Sezar pizza
"Kralım, sən tarixin ən yaxşısısan. Həyatımın qüruru".
Qeyd edək ki, Ronaldo sözügedən matçda iki dəfə penaltidən fərqlənib. "Yuventus" isə bu qələbə sayəsində qrup birincisi olub.
Telegram kanalımız