Messi Ronaldonun rekordunu qırdı

saytların hazırlanması

Evə çatdırılma

Messi Ronaldonun rekordunu qırdı

İdman

22 Fevral 2021 10:41 1500


"Barselona"nın kapitanı Lionel Messi bu dəfə Kriştiano Ronaldonun rekordunu qırıb.

Yenisabah.az xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın 24-ci turunda "Kadis"lə matçda imza atıb. O, 32-ci dəqiqədə penalti epizodunu dəqiq yerinə yetirib. Bu isə Messinin çempionatda karyerası ərzində penaltidən vurduğu 73-cü qol olub. Beləliklə argentinalı oyunçu hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldonun rekordunu qırıb.

Portuqaliyalı hücumçu "Real"da oynayarkən 72 dəfə penaltidən fərqlənib. pizza hut

Qeyd edək ki, "Barselona" - "Kadis" görüşü 1:1 hesablı heç-heçə ilə nəticələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!