Messi tarixin ən titullu futbolçusudur

saytların hazırlanması

Evə çatdırılma

Messi tarixin ən titullu futbolçusudur

İdman

23 Avqust 2023 16:15 4038


"İnter Mayami"nin argentinalı futbolçusu Lionel Messi tarixin ən çox mükafat alan futbolçusu olub. 

Yenisabah.az xəbər verir ki, 36 yaşlı forvard "İnter Mayami"nin heyətində 3 gün əvvəl MLS + MX Liqa Kubokunu qazanıb. Bu, onun karyerasında 44-cü kubokdur. 

Messi belə nəticə ilə 43 titul qazanmış 40 yaşlı braziliyalı müdafiəçi Dani Alveşi üstələyib. pizza sifarişi

Messi "Barselona" ilə 10 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 8 dəfə İspaniya Superkubokunu, 7 dəfə İspaniya kubokunu, 3 dəfə Klublararası Dünya Kubokunu və Avropa Superkubokunu qazanıb. O, PSJ-nin tərkibində 2 dəfə Fransa çempionu, 1 dəfə ölkə Superkubokunun qalibi olub. 

Lionel Argentina millisi ilədünya kubokunu, Amerika kubokunu qazanıb, Olimpiadanın, gənclər arasında dünya çempionatının və Finalissimanın qalibi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!