Messi və Ronaldo TOP-20-yə düşə bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Messi və Ronaldo TOP-20-yə düşə bilmədi

İdman

26 Aprel 2022 16:47 365


"Goal.com" saytı "Qızıl top"a namizədlərin yenilənmiş siyahısını təqdim edib.

Yenisabah.az xəbər verir ki, "Real"ın hücumçusu Kərim Benzema bundan əvvəl olduğu kimi siyahıya başçılıq edir. Məhəmməd Salah ("Liverpul") 1 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib. O, hazırda 3-cü pillədə yer alan Robert Levandovskini ("Bavariya") qabaqlayıb.

"Qızıl top"a namizədlərin ilk 20-liyində nə PSJ-dən Lionel Messi, nə də "Mançester Yunayted"dən Kriştiano Ronaldo daxil olub. pizza sifarişi

İlk 10-luq aşağıda qeyd olunan kimidir:

1. Kərim Benzema ("Real")
2. Məhəmməd Salah ("Liverpul)
3. Robert Levandovski ("Bavariya")
4. Kilian Mbappe - PSJ
5. Sadio Mane ("Liverpul")
6. Kevin De Brüyne ("Mançester Siti")
7. Luka Modriç ("Real")
8. Vinisius Junior ("Real")
9. Filip Foden  ("Mançester Siti")
10. Trent Aleksander-Arnold ("Liverpul")


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!