Messi və Ronaldu “Qızıl top”a namizədlər siyahısına daxil edilmədi

saytların hazırlanması

Evə çatdırılma

Messi və Ronaldu “Qızıl top”a namizədlər siyahısına daxil edilmədi

İdman

05 Sentyabr 2024 08:08 511


“France Football” nəşri “Qızıl top”a 30 namizədin siyahısını dərc edib. 2003-cü ildən bəri ilk dəfə Kriştianu Ronaldu (“Əl-Nəsr”, Portuqaliya millisi) və Lionel Messi (“İnter Mayami”, Argentina millisi) onların arasında deyil. 

“Report” xəbər verir ki, müvafiq siyahı jurnalın saytında yerləşdirilib.

Mükafat 2023/2024 mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq. Toyuqlu pizza

“Qızıl top”a iddialıların siyahısına aşağıda adıçəkilənlər daxildir:

Cud Bellinhem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real Madrid”), Ruben Diaş, Erlin Holann, Filip Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer 04”), Artem Dovbik (“Jirona”/”Roma”), Mats Hummels (Dortmund “Borussiya”sı/”Roma”), Dani Olmo (“Leypsiq”/”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lokman (“Atalanta”).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!