Messi yeni müqavilədən imtina etdi - “Barselona“ ilə danışıqlara başlayır

saytların hazırlanması

Evə çatdırılma

Messi yeni müqavilədən imtina etdi - “Barselona“ ilə danışıqlara başlayır

İdman

04 Aprel 2023 17:24 1015


PSJ-nin hücumçusu Lionel Messi klubu ilə yeni müqavilədən imtina edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Veronika Brunati "Tvitter" hesabında yazıb. Bildirilib ki, argentinalı hücumçu bu mövsümün sonunda azad agent olaraq komandadan ayrılacaq. 

"Barselona" bu həftə 35 yaşlı futbolçu ilə mümkün qayıdışla bağlı danışıqlara başlayacaq və ona təklif göndərəcək. Kataloniya klubu Messi ilə birbaşa danışıqlar apara bilər, çünki onun PSJ ilə müqaviləsinin bitməsinə 6 aydan az vaxt qalıb.  pizza hut

Daha əvvəl "Barselona" Messini maddi cəhətdən geri qaytarmaq üçün müqaviləni dəstəkləyəcək əsas sponsorlarla danışıqlar apardığı yazılıb. 

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!